ƏMƏK MİQRASİYASI KVOTASI

ÇapE-poçt

Əmək miqrasiyası kvotası - il ərzində Naxçıvan Muxtar Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidir.

Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədi ilə tətbiq edilir.

Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı nəzərə alınmaqla müəyyən edilir.

Hər il Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən Naxçıvan Muxtar Respublikasında əmək miqrasiyası kvotası təsdiq edilir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 oktyabr tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası ərazisində iqtisadi fəaliyyət sahələri üzrə məşğul olan əcnəbilərin 2018-ci il üçün müəyyən edilmiş əmək miqrasiyası kvotası 14 iqtisadi fəaliyyət sahəsindən və həmin sahələr üzrə 500 yerdən ibarətdir.

2018-ci ilin may ayının 1-dək kvotada nəzərdə tutulmuş 250 tikinti sektorundan 16-sı, 100 emal sənayesindən 4-ü, 20 topdan və pərakəndə satış, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri sahəsindən 1-i, 10 kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı sahəsindən 1-i, 15 mehmanxana və restoran xidməti sahəsindən 5-i, 15 səhiyyə və sosial xidmət sahəsindən 1-i istifadə edilmişdir.

 

 

2018-ci il üçün nəzərdə tutulmuş əmək miqrasiyası kvotasına əsasən 2018-ci ilin may ayının 1-dək Naxçıvan  Muxtar Respublikası ərazisində  iqtisadi fəaliyyət sahələri üzrə sərf olunmuş yerlər barədə

MƏLUMAT

 

 

İqtisadi fəaliyyət sahələri

Kvota

Kvota üzrə sərf olunmuş  yerlərin  sayı

Kvota üzrə sərf olunmamış  yerlərin sayı

1

Mədənçıxarma sənayesi

20

-

20

2

Tikinti sektoru

250

16

234

3

Emal sənayesi

100

4

96

4

Elektrik enerjisi,qaz və suyun istehsalı

20

-

20

5

Topdan və pərakəndə satış,avtomobillərin,məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri

20

1

19

6

Nəqliyyat,anbar təsərrüfatı və rabitə

10

-

10

7

Kənd təsərrüfatı,ovçuluq və meşə təsərrüfatı

10

1

9

8

Maliyyə və sığorta

5

-

5

9

Mehmanxana və restoran xidməti

15

5

10

10

Təhsil

10

-

10

11

Səhiyyə və sosial xidmət

15

1

14

12

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar,icarə və istehlakçılara xidmət göstərilməsi

10

-

10

13

Digər кommunal,sosial və şəxsi xidmətlərin göstərilməsi

10

-

10

14

Balıqçılıq və balıq yetişdirmə

5

-

5

Cəmi:

500

28

472


 

Proqnoz-məlumat

Joomla 1.5