Elanlar

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına işə qəbulla bağlı müsabiqə

E L A N  E D İ R

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq  miqrasiya orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 11 vakant vəzifə üzrə müsabiqə elan edir.

Miqrasiya orqanlarına işə qəbul olunmaq istəyən Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyata alınmış və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər www.miqrasiya.nakhchivan.az internet saytına daxil olmaqla “Miqrasiya orqanlarında xidmətə qəbul” bölməsində işə qəbulla bağlı müəyyən olunmuş elektron ərizə formasını doldurmalıdırlar. Elektron ərizə müsabiqədə iştirak üçün ilkin əsas sayılır. Elektron ərizə ilə müraciət edən şəxslər eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin müsahibə komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:

- ərizə (Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim ediləcək);

- Dövlət Miqrasiya Xidməti tərəfindən müəyyən edilmiş formada kadrlar uçotunun şəxsi vərəqi və tərcümeyi-hal;

- 3x4 santimetr ölçüdə 2 ədəd (ağ fonda) fotoşəkil;

- ali təhsil barədə diplom (xarici ölkədə təhsil almış namizədlərin diplomları qanunamüvafiq qaydada nostrifikasiya olunmalıdır) - (notariat qaydasında təsdiq edilmiş formada);

- əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surəti (son iş yeri barədə qeydin olması şərti ilə);

- şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında təsdiq edilmiş formada);

- hərbi biletin surəti (notariat qaydasında təsdiq edilmiş formada);

Təqdim olunmuş sənədlər əsasında vətəndaşların müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

Müsabiqəyə sənəd qəbulu 18.12.2017-ci il tarixdən 18.01.2018-ci il tarixədək aparılır.

Müsabiqədə iştirakla bağlı elektron ərizə qəbulu başa çatandan sonra qeydiyyatı təsdiqlənmiş şəxslərə imtahanın vaxtı ilə bağlı qeydiyyatdan keçdikləri elektron poçt ünvanı vasitəsilə məlumat veriləcəkdir.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə miqrasiya orqanlarında işləməyə qadir olmayan, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara görə bu orqanlardan xaric edilmiş şəxslər miqrasiya orqanlarına qulluğa qəbul edilə bilməzlər.

MİQRASİYA ORQANLARINDA XİDMƏTƏ QƏBULUN ÜMUMİ PRİNSİPLƏRİ

1. Ümumi müddəalar

Miqrasiya orqanlarına qulluğa qəbul Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq aparılır.

Müsabiqə iki mərhələdən ibarətdir:

1.Test üsulu ilə yazılı imtahandan.

2. Müsahibədən.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə miqrasiya orqanlarında işləməyə qadir olmayan, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara görə bu orqanlardan xaric edilmiş şəxslər, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş çağırış yaşlı vətəndaşlar (qadınlar istisna olmaqla) müsabiqəyə buraxılmırlar.

Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş namizədlərin sənədlərinin yoxlanılması Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”na uyğun olaraq həyata keçirilir.

3. Müsabiqənin keçirilməsi

İmtahan 100 sualdan ibarətdir və 3 (üç) saat müddətində fasilə verilmədən keçirilir.İmtahan suallarına daxildir:

1. Qanunvericilik üzrə - 60 sual;

2. Məntiq üzrə - 20 sual;

3. İnformatika bilikləri üzrə - 10 sual

4. Dünyagörüşü üzrə - 10 sual.

Hər düzgün cavab bir balla qiymətləndirilir.

Suala düzgün olmayan cavab və ya sualın cavabsız saxlanması  “0” bala bərabərdir.

Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplamış namizəd test imtahanını müvəffəqiyyətlə keçmiş hesab olunur və müsahibə mərhələsinə buraxılır.

4. Müsahibənin keçirilməsi

Namizədlərin miqrasiya orqanlarında işləmək üçün tələb olunan keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədi ilə test imtahanından müvəffəqiyyət qazanan namizədlər ilə müsahibə keçirilir.

Hər bir namizədlə söhbət aşkarlıq şəraitində fərdi qaydada 30 dəqiqəyədək müddət ərzində aparılır. Namizədə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən təsdiq edilmiş ədəbiyyat siyahısına uyğun olaraq müvafiq suallar verilir.

 

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə işə qəbulla bağlı müsabiqə və müsahibədə istifadə olunacaq

ədəbiyyatın siyahısı

1

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi

2

Dövlət rüsumları haqqında Azərbaycan Respublikasının Qanunu

3

Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin verilmə qaydası  haqqında Əsasnamə

4

Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) status haqqında Azərbaycan Respublikasının Qanunu

5

Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu

6

Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu

7

Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu

8

Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə

9

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnaməsi

10

Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə

11

Pasportlar haqqında Azərbaycan Respublikasının Qanunu

12

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnaməsi

13

İnzibati Xətalar Məcəlləsi

14

Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat

15

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi

16

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz miqrantların saxlanılması mərkəzinin daxili intizam qaydaları

17

Azərbaycan Respublikasının Konstitusiyası

18

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası

19

İnformatika

20

Məntiq

21

Dünyagörüşü

Joomla 1.5