18.10.2017. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 18 oktyabr – Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilmişdir

18.10.2017. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 18 oktyabr – Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilmişdir

ÇapE-poçt

Oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 18 oktyabr - Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev açmış və geniş məruzə ilə çıxış etmişdir.

Xidmət rəisi bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1990-cı il iyulun 22-də Moskvadan doğma Naxçıvana qayıdışı müasir tariximizin son dərəcə ağır və mürəkkəb dövründə dövlətçiliyimizin xilasının başlandığı gün və mühüm tarixi hadisədir. Bu qayıdış vətənin məşəqqətli və böhranlı günlərində obyektiv tarixi zərurətin və istiqlalımız naminə ali missiyanın təntənəsinə çevrildi. Bu tarixi missiya, ilk növbədə, 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin ilk sessiyasının qəbul etdiyi mühüm qərarlarda özünü göstərdi. Xidmət rəisi onuda diqqətə çatdırdı ki, Müstəqil Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Bu gün hər bir azərbaycanlı dövlət müstəqilliyini həm də ümummilli liderin ən dəyərli mirası olaraq göz bəbəyi kimi qorumalı, doğma Azərbaycanın inkişafı, çiçəklənməsi naminə səylə çalışmalıdır. Bunun üçünsə, ilk növbədə, ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi xətti davam etdirilməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-siyasi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur”.

Sonda tədbir iştirakçıları “Müstəqil Azərbaycan quruculuq və inkişaf yolunda” filminə baxmışlar.

Joomla 1.5