25.10.2017. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində “Gülüstan Türbəsi” mövzusunda maarifləndirici tədbir keçirilib

25.10.2017. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində “Gülüstan Türbəsi” mövzusunda maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində muxtar respublikada yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Gülüstan Türbəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

“Gülüstan Türbəsi” mövzusunda maarifləndirici tədbiri giriş sözü ilə xidmətin əməkdaşı Elvin Cavadov açaraq tədbirin əhəmiyyətindən danışıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Gülnarə Sadiqova çıxışında bildirib ki, Gülüstan türbəsi dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrindən biridir. Memarlıq-konstruktiv quruluşuna görə türbə tipli digər memarlıq abidələrindən fərqlənən Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Naxçıvan memarlıq məktəbinə məxsus digər türbələrdə olduğu kimi, Gülüstan türbəsində də taxçaların içərisi incə həndəsi ornamentlərlə örtülüb. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən Culfa rayonu ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunub.

Tədbirdə “Gülüstan Türbəsi” ilə bağlı videoslayd nümayiş olunub.

Sonra muxtar respublikada yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin “Gülüstan Türbəsi”nə ekskursiyası təşkil edilib.

Joomla 1.5