12.12.2017. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində Ulu Öndərin xatirəsi yad olunub

12.12.2017. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində Ulu Öndərin xatirəsi yad olunub

ÇapE-poçt

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, baş miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxış edərək qeyd edib ki, ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan tarixində mühüm mərhələ təşkil edir. Dahi rəhbər Sovet İttifaqı dövründə Azərbaycanda milli ruhun bərpası, milli kadr hazırlığı və iqtisadiyyatın dirçəldilməsi istiqamətində ardıcıl tədbirlər görmüş, gələcək dövlət müstəqilliyi üçün zəmin hazırlamışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində isə ulu öndərin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi muxtar respublikanı işğaldan qorumuş, dövlətçiliyimizin əsasları yaradılmışdır. Xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider itirilməkdə olan müstəqilliyimizi qoruyub saxlamış, torpaqlarımızın işğalının qarşısını almış, qüdrətli Azərbaycan dövlətini yaratmışdır.

Vurğulanıb ki, ümummilli lider Azərbaycanda müstəqil dövlətçiliyin baş memarıdır. Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması məhz görkəmli dövlət xadimi, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz işlər görmüş  ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu böyük və sınaqlardan çıxmış dövlətçilik strategiyasını böyük səriştə ilə davam etdirir. Prezident İlham Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin qüdrətli memarı, geniş mənada isə bütövlükdə yeni epoxanın, müasir dövrün görkəmli siyasi lideridir.

Xidmət rəisi diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında da bu siyasi kurs məqsədyönlü şəkildə davam etdirilir. Muxtar Respublikada əldə olunan bütün nailiyyətlərdə ümummilli liderimizin fəal yaradıcı gücə malik olan ideyaları yaşayır.

Sonda tədbir iştirakçıları  “Xalqa bağışlanan ömür”  filminə baxıblar.

Joomla 1.5