18.12.2017. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində Beynәlxalq Miqrant Günü qeyd olunub

18.12.2017. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində Beynәlxalq Miqrant Günü qeyd olunub

ÇapE-poçt

Dekabrın 18­-də Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tәdbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, baş miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxış edərək  bildirib ki, 1990-cı il dekabrın 18-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilib. 2000-ci ildən etibarən həmin tarix Beynəlxalq Miqrant Günü kimi qeyd olunur.

Beynәlxalq Miqrant Gününün qeyd olunmasının əhəmiyyətindən danışan Xidmət rəisi nəzərə çatdırıb ki, Azərbaycanın miqrasiya sahəsindəki siyasəti ölkənin sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı, miqrantların, o cümlədən də əməkçi miqrantların həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, onların hüquqlarının müdafiəsinə yönəldilib.

Vurğulanıb ki, işğalçı Ermənistanın deportasiya, etnik təmizləmə və təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkünə çevrilib. Ümummilli lider Heydər Əliyevin alternativi olmayan siyasi kursu ilə qaçqın və məcburi köçkünlər də daxili miqrasiyanın başlıca subyektləri kimi Azərbaycan hökumətinin hərtərəfli diqqət və qayğısı ilə himayə edilmiş, müxtəlif səbəblərdən miqrasiya etmiş ölkə vətəndaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, onların üzləşdiyi problemlərin həlli istiqamətində mühüm işlər görülmüşdür. Prezident İlham Əliyevin ulu öndərin yolunu davam etdirərək ölkəmizi yeni inkişaf mərhələsinə çatdırması bu prosesləri daha da sürətləndirmişdir.

Xidmət rəisi qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə muxtar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının təminatı diqqət mərkəzində saxlanılır, miqrasiya sahəsində qarşıda duran məsələlər uğurla həll olunur, miqrasiya prosesləri qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.

Sonda miqrantlardan bəhs edən film nümayiş olunub.

Joomla 1.5